Bağırsaqda poliplər, həmçinin xoşxassəli və bədxassəli törəmələr əmələ gəlir. Müasir dövrdə kolorektal onkoloji xəstəliklər geniş yayılmışdır. Bağırsaqdakı şişləri bir-birindən fərqləndirmək bir çox hallarda çətinlik yaradır.
Yurd.Media xəbər verir ki, cərrah Yen Jurdan hansı şişlərin daha böyük təhlükə daşıdığını izah edib.
"Bağırsağın sağ hissəsində yerləşən şişləri hətta kolonoskopiya zamanı da müəyyən etmək çətindir. Bu səbəbdən onlar kiçik ölçülü olduqda tapılmır və yalnız gecikmiş mərhələdə aşkar edilir. Hətta biz proktoloqlar hesab edirik ki, bağırsağın sağ və sol tərəfindəki şişlərə ayrı-ayrı xəstəliklər kimi yanaşmaq və onları fərqləndirmək lazımdır.
Sol tərəfdəki şişlər siqmavari bağırsaq nahiyəsində meydana gəlir, onların aşkarlanması, müalicəsi və cərrahi müdaxiləsi daha asandır.
Sağ tərəfdə yerləşən şişlər isə çox hamar səthli olur, diqqətdən yayınır və buna görə də 3-cü mərhələyə qədər inkişaf edir.
Sağ tərəf daha yumşaq strukturlu və maye tərkibli olduğundan orada şiş mövcud olduqda ağrı, şişkinlik və keçməməzlik əlamətləri gec özünü büruzə verir.
Sol tərəfdəki şiş isə bağırsağı daha tez əhatə edir, qəbizlik güclənir və keçməməzlik halı meydana gəlir.
Məhz bu səbəbdən sol tərəfdə şiş yaranan xəstələri xilas etmək imkanı daha çox olur", - cərrah bildrib.