SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Şampunlar ürək aritmiyasına səbəb ola bilər - ARAŞDIRMA

Şampunlar ürək aritmiyasına səbəb ola bilər - ARAŞDIRMA

  • 28 oktyabr 2026, 23:44

Cincinnati Universitetinin tədqiqatçıları aşkar ediblər ki, şampunların və plastik qabların tərkibindəki ekoloji fenollar ürəyin elektrik funksiyasına təsir göstərərək onun ritminin pozulmasına yol aça bilər.

Yurd.Media xəbər verir ki, tədqiqatın nəticələri "Environmental Health" jurnalında nəşr olunub. Mütəxəssislər Cincinnati yaxınlığındakı Fernalddakı keçmiş ABŞ Enerji Departamentinin uran emalı müəssisəsinin ətrafında məskunlaşan təqribən 10 000 nəfəri əhatə edən Fernald İcma Kohortunun məlumatlarına əsaslanıblar. Qrupun böyük hissəsi ABŞ əhalisinin adi qaydada qəbul etdiyi radiasiyadan savayı uran təsirinə məruz qalmayıb.

Mütəxəssislər EKQ vasitəsilə iştirakçıların ürəyinin elektrik aktivliyi barədə məlumatları toplayıblar. Orqanizmdəki ətraf mühit fenollarının konsentrasiyasının müəyyənləşdirilməsi məqsədilə iştirakçılardan sidik nümunələri də alınıb. Təbii yolla əmələ gələn fenollar bir çox gündəlik istifadə məhsullarının tərkibində rast gəlinir – emal edilmiş qida məhsullarında qoruyucu, şampunlarda parabenlər və plastik qablarda prekursor rolunu oynayır. Bu səbəbdən insanlar fasiləsiz olaraq həmin kimyəvi birləşmələrlə təmasda olurlar.

Əldə olunan nəticələr müəyyən ekoloji fenollara güclü məruz qalmanın ürəyin elektrik fəaliyyətindəki dəyişikliklərlə bağlı olduğunu ortaya qoyub. Xüsusilə alimlər aşkar ediblər ki, BPA, BPF və BPA+F qadınlarda ürəyin yuxarı hissəsindəki qulaqcıqlardan mədəciklərə elektrik siqnallarının keçidini ləngidır.

Bundan başqa, fərdi qulluq vasitələrində olan antibakterial kimyəvi maddə olan triklokarbana məruz qalma nəticəsində QT intervalının uzanması müəyyən olunub. Bu, ürəyin elektrik sisteminin bərpasının həddən artıq uzun çəkməsi anlamına gəlir. Belə vəziyyət ürək ritminin pozulması riski ilə müşayiət olunur.

Araşdırmaçılar vurğulayıblar ki, fenollara adi məruz qalma səviyyələri əksər insanlar üçün təhlükə yaratmır. Lakin ürəyin dəyişmiş elektrik aktivliyi mövcud olan xəstəlikləri və ya aritmiyaları daha da ağırlaşdıra bilər.

Skat.az - Ev və Avtomobil elanları