SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
AQTA yeni laboratoriya kompleksi tikir

AQTA yeni laboratoriya kompleksi tikir

  • 28 oktyabr 2026, 22:33

Qida təhlükəsizliyi sahəsində yeni obyektin tikilməsi planlaşdırılır.

Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, Xırdalan şəhərində laboratoriya kompleksinin tikintisi işləri aparılacaq.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu bununla əlaqədar müvafiq hazırlıqlara başlayıb.

Məlumata əsasən, əvvəlcə kompleks tikintisinin layihə-smeta sənədlərinin hazırlanması işləri aparılacaq.

Sözügedən kompleksin layihə-smeta sənədlərinin hazırlanmasına 624 min manat vəsaitin sərf olunacağı proqnozlaşdırılıb.

Skat.az - Ev və Avtomobil elanları