SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Gəncədə xəstəxanada sistem çökdü, pasientlər saatlarla növbədə qaldı

Gəncədə xəstəxanada sistem çökdü, pasientlər saatlarla növbədə qaldı

Gəncə

Gəncə şəhərində yerləşən Abbas Səhhət adına xəstəxanada internet problemindən dolayı saatlarla vətəndaşlara növbə verilməyib.

Yurd.Media-ya verilən məlumata görə, səhhətində müxtəlif problemlər yaranan və həkim müayinəsindən keçmək üçün xəstəxanaya üz tutan vətəndaşlar texniki nasazlıq səbəbindən növbə ala bilməyiblər.

Hadisə nəticəsində xəstələr uzun müddət gözləməli olublar. Bəzi vətəndaşların isə gözləməyə hövsələsi çatmadığından xəstəxanadan ayrıldığı bildirilir.

Skat.az - Ev və Avtomobil elanları