SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Süni oynaq əməliyyatı keçirən xəstələrə qidalanma ilə bağlı TÖVSİYƏLƏR

Süni oynaq əməliyyatı keçirən xəstələrə qidalanma ilə bağlı TÖVSİYƏLƏR

  • 31 oktyabr 2026, 08:44

"Süni oynaq dəyişdirilmə əməliyyatı keçirən xəstələr aktiv və funksional həyat tərzi keçirə bilərlər".

Yurd.Media xəbər verir ki, bu fikirlər Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu Baş direktorun müavini - baş həkim Nizami Məmmədov tərəfindən səslənib.

Onun bildirdiyinə əsasən, Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu süni oynaq əməliyyatı keçirmiş xəstələrin həyat keyfiyyəti göstəricilərini sağlam əhali ilə müqayisəli şəkildə qiymətləndirməyi, həmçinin bu prosesdə proqnozlaşdırıcı təsir göstərə biləcək faktorları müəyyənləşdirməyi qarşısına məqsəd qoyub:

"Süni oynaq vasitəsilə oynaqların dəyişdirilməsi əməliyyatdan əvvəlki ağrıları və oynaqda mövcud olan funksional pozulmaları aradan qaldıraraq, həyat keyfiyyətinizin artmasına şərait yaradacaq. Şübhəsiz ki, oynaqların möhkəmliyinin qorunmasında düzgün qidalanma rejiminin rolu olduqca əhəmiyyətlidir".

N.Məmmədov çıxışı əsnasında vətəndaşlara bu mövzuda bir sıra tövsiyələrini də paylaşıb:

"İlk növbədə yağlı, hisə verilmiş və tez hazırlanan qida məhsullarından imtina etmək gərəkdir. Normal karbohidrat tərkibli və kalsiumla zəngin olan qidaları üstün tutmağı tövsiyə edirik".

Skat.az - Ev və Avtomobil elanları