SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Kartof və yumurtanın sağlamlıq üçün FAYDALARI

Kartof və yumurtanın sağlamlıq üçün FAYDALARI

  • 01 noyabr 2026, 23:54

Xarici ölkələrin tədqiqatçıları əvvəlcə faydası sual altına alınan iki qida məhsulunu sağlamlıq üçün faydalı elan ediblər.

Yurd.Media xəbər verir ki, yüksək qlikemik göstəricisi və nişasta tərkibinə görə kartofun orqanizmə mənfi təsir göstərdiyi iddia olunurdu. Ancaq mütəxəssislərin araşdırmaları nəticəsində məlum olub ki, düzgün hazırlandıqda kartof qan damarlarını mühafizə edir və müəyyən xərçəng növlərinə qarşı da müsbət təsir göstərir.

Kartofun tərkibində flavonoidlər, karotinoidlər, fenol turşusu kimi antioksidant maddələr mövcuddur, bu komponentlər sərbəst radikalların təsirini aradan qaldırır.

Sərbəst radikallar oksidləşdirici gərginlik yaradaraq hüceyrə səviyyəsində dəyişikliklərə yol açır və bədxassəli törəmələrin əmələ gəlməsinə şərait yaradır. Kartof orqanizmə ürək-damar problemləri və onkoloji xəstəliklərə qarşı müqavimət qazandırır.

Kartofu sağlam şəkildə hazırlamaq üçün onu qabığı ilə birlikdə suda və ya sobada bişirmək məsləhət görülür. Şəkərli diabet xəstələri isə hazırlanmış kartofu soyuducuda bir gecə saxlayaraq nişastanın təsirini azaltmalıdırlar.

Kartof maqnezium, B6 vitamini, kalium, C vitamini, enerji və lif qaynağıdır.

Qida mütəxəssislərinin qara siyahısında yer alan digər məhsul isə yumurtadır. Yumurta yüksək keyfiyyətli zülal, protein, A, D, E vitaminlərinin mənbəyidir və göz sağlamlığından sümük quruluşuna qədər geniş fayda göstərir. Tərkibindəki lütein və zeaksantin kimi antioksidant maddələr makulyar göz degenerasiyasının və kataraktanın qarşısını almağa kömək edir.

Həftədə 5 dəfə yumurta istehlak etmək zərərli xolesterin səviyyəsini artırmır. Yumurtanın tərkibindəki xolin sinir sistemi və beyin fəaliyyəti üçün ən əhəmiyyətli qida maddələrindən biridir. Kartof ilə yumurtanı birgə qəbul etmək olarmı — əlbəttə ki, olar. Lakin hər iki məhsul suda bişirilməlidir.

Skat.az - Ev və Avtomobil elanları