SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Tərkibindəki maddələrin normadan aşağı olan bu preparatlar yandırıldı - FOTO

Tərkibindəki maddələrin normadan aşağı olan bu preparatlar yandırıldı - FOTO

  • 04 noyabr 2026, 20:31

Bəzi maddələrin miqdarı normadan aşağı olan minlərlə bioloji aktiv qida məhsulu yandırıldı.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Yurd.Media-ya bildirilib ki, qurum tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində Türkiyədən idxal olunan iki adda bioloji aktiv qida məhsulunun (BAQM) laborator müayinələri aparılıb.

Müayinələr zamanı “Baku Pharm” MMC-nin idxal etdiyi, “Honor İlaç Sanayi Ve Ticaret Ltd Şti” müəssisəsinin istehsalı olan 5059 ədəd “Nosetin” əmtəə nişanlı məhsulun (istehsal və son istifadə tarixləri: 01.10.2025–01.10.2028, partiya nömrəsi: HNRNTN2) tərkibində “L-carnitine” və “Citicoline” maddələrinin miqdarının normadan aşağı olduğu müəyyən edilib.

Həmçinin, “EN Life Group” MMC-nin idxal etdiyi, “Aspar İlaç Kozmetik Gida Sanayi A.Ş.” müəssisəsinin istehsalı olan 5000 ədəd “Magintens” əmtəə nişanlı BAQM-da (istehsal və son istifadə tarixləri: 01.04.2026–01.04.2029, partiya nömrəsi: MS 00501) “Vitamin B2” və “Maqnezium bisqlisinat + maqnezium sitrat”ın miqdarının normadan aşağı olduğu aşkarlanıb.

Qanunvericiliyin tələblərinə uyğun olaraq hər iki məhsul partiyasının dövriyyəyə buraxılmasının qarşısı alınıb və məhv olunması təmin edilib.

Skat.az - Ev və Avtomobil elanları