SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
40 ildən sonra vəzifəsindən ayrıldı

40 ildən sonra vəzifəsindən ayrıldı

  • 19 noyabr 2026, 18:25
Göyçay

Göyçay Rayon Mərkəzi Xəstəxanasının Terapiya şöbəsinin müdiri Fuad Sultanov vəzifəsindən ayrılıb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, o, yaş həddi ilə əlaqədar olaraq vəzifəsindən azad olunub.

Qeyd edək ki, Soltanov Fuad Akif oğlu 1954-cü ildə Göyçay rayonunda  anadan olub. 1971-cı ildə Azərbaycan Tibb Universitetinə daxil olub və 1977-ci ildə bitirib. 1978-ci ildə Ekspermental Xəstəxanada  internatura keçib. 1978 – ci ildə Göyçayn Rayon Mərkəzi Xəstəxanasının Çaxırlı kənd məntəqəsinin müdiri kimi işə başlayıb. 1986 – cı ildə Göyçay Rayon Mərkəzi Xəstəxanasında baş həkimin ekspertiza üzrə müavini işləyib. 1987-ci ildən Göyçay Rayon Mərkəzi Xəstəxanasının Terapiya şöbəsinin müdiri işləyir.

Skat.az - Ev və Avtomobil elanları