SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
Xəstə əməliyyat olunmadan “EGE Hospital”dan çıxdı, pulu ödənilmədi

Xəstə əməliyyat olunmadan “EGE Hospital”dan çıxdı, pulu ödənilmədi

  • 25 noyabr 2026, 22:50

“EGE Hospital”da əməliyyat tamamlanmadan pasient xəstəxanadan çıxarılıb, ödənilən pul geri qaytarılmayıb.

Yurd.Media xəbər verir ki, xəstə Maya Qasımovanın yaxınları xəstəxananın xidmətindən narazı olduqlarını bildiriblər.

Şikayətçilərin sözlərinə görə, oktyabrın 2-də M.Qasımova sözügedən xəstəxanaya yerləşdirilib. Xəstəyə diaqnoz qoyulduqdan sonra elektrofizioloji müayinə (EFM) və ablasiya prosedurunun həyata keçirilməsi üçün 6500 manat ödəniş tələb olunub. Ödəniş edildikdən sonra həmin gün saat 20:20-də əməliyyata başlanılıb. Lakin təxminən saat yarım sonra həkim Ramil Hacıyev damarın zədələnməsi ehtimalını əsas gətirərək proseduru dayandırıb və xəstəni KT müayinəsinə yönləndirib.

Xəstə yaxınlarının iddiasına görə, müayinə zamanı damarın zədələnmədiyi müəyyən edilsə də, əməliyyat davam etdirilməyib. Həkim buna səbəb kimi xəstənin ürəyinin zəif olmasını və damarlarının prosedur üçün uyğun olmamasını göstərib. Şikayətçilər əməliyyat tamamlanmadan xəstənin xəstəxanadan çıxarıldığını, ödənilən 6500 manatın isə geri qaytarılmadığını bildiriblər.

Məsələ ilə bağlı danışan həkim Ramil Hacıyev ödəniş məsələsinə xəstəxana rəhbərliyinin aydınlıq gətirməli olduğunu bildirib. Səsləndirilən iddialara aydınlıq gətirmək üçün “EGE Hospital”ın Müşahidə Şurasının sədri Barat Yusubovla əlaqə saxladıq.

B.Yusubov Sfera.az-a açıqlamasında iddiaları təkzib edib:

Skat.az - Ev və Avtomobil elanları