SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Xilasedicilər çimərlik mövsümünə hazırlaşır - VİDEO

Xilasedicilər çimərlik mövsümünə hazırlaşır - VİDEO

  • 06 iyun 2026, 13:27
Bakı

Xilasedicilər çimərlik mövsümünə hazırlıqla bağlı təlim keçiblər.

Fövqəladə Hallar Nazirliyindən Yurd.Media-ya bildirilib ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti Bakı şəhərinin Səbail rayonunda yerləşən Şıx çimərliyində “Su hövzələrində dalğıc-axtarış və xilasetmə işinin aparılması” mövzusunda taktiki-xüsusi təlim keçirib.

FHN-in müvafiq strukturlarının əməkdaşlarının iştirak etdiyi təlimin keçirilməsində əsas məqsəd sularda insanların təhlükəsizliyinin təmin olunması sahəsində əlaqələndirmə, idarəetmə və nəzarətin həyata keçirilməsi, eləcə də rəhbər, komandir-rəis heyəti və digər təlim iştirakçılarının fövqəladə hadisələr zamanı fəaliyyət üzrə bilik və bacarıqlarının artırılması, rabitə və xəbərdarlıq sistemlərinin etibarlılığının təmin edilməsi olub.

Təlim zamanı “Şıx” Sularda Xilasetmə Məntəqəsindən 800 metr sağa dənizdə gəzinti qayığının “qəzaya uğraması” nəticəsində 3 nəfərin “təhlükəli vəziyyətdə qalması” və 1 nəfərin suya düşərək “batması” barədə Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Növbətçi hissəsinə daxil olmuş məlumat əsasında Xidmətin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilərin çevik müdaxiləsi sayəsində qayığın “qəzaya uğraması” nəticəsində “batma təhlükəsində olan” vətəndaşlar xilas edilib, “suda batmış” 1 nəfərin “cəsədi” tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Uğurla keçirilmiş təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Xilasedicilər çimərlik mövsümünə hazırlaşır - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları