Bakının Səbail rayonunda "Zuma" gecə əyləncə klubunun sahibkarının yanğın təhlükəsizliyi qaydalarını pozması aşkarlanıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, kluba Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə inzibati protokol yazılıb.
Protokoldan görünür ki, "Zuma" gecə əyləncə klubunda keçirilmiş planlı yoxlama zamanı sahibkar tərəfindən sənədlər təqdim edilməyib, yoxlama zamanı yaranan suallara yanlış məlumat verib, sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə şərait yaradılmayıb.
Səbail Rayon Məhkəməsinin qərarı ilə 1000 manat miqdarında cərimə edilib.