SÜJET

Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt Bank Sülh gündəliyi
Bakı bulvarında gənc qız ölümlə üz-üzə - VİDEO

Bakı bulvarında gənc qız ölümlə üz-üzə - VİDEO

  • 09 aprel 2026, 23:14
Bakı

Bakı bulvarında dənizə düşərək boğulmaq üzrə olan gənc qız xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Yurd.Media-ya bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 2004-cü il təvəllüdlü Əliyeva Nuridə Tapdıq qızı dalğıclar tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Bakı bulvarında gənc qız ölümlə üz-üzə - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları