SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Bakıda sürücülərə təhlükə yaradan beton maneələr - VİDEO

Bakıda sürücülərə təhlükə yaradan beton maneələr - VİDEO

  • 21 aprel 2026, 23:03
Bakı

Bakının Səbail rayonunda yola düzülmüş beton bloklar sürücülər üçün təhlükəyə çevrilib.

Yurd.Media xəbər verir ki, Badamdar şosesində avtomobillərin hərəkətini məhdudlaşdırmaq məqsədilə qoyulan beton maneələr ərazidə təhlükəli vəziyyət yaradıb. Mövcud mənzərə göstərir ki, hər an qəza riski qaçılmazdır.

Belə ki, minik avtomobilləri beton blokların arasından keçə bilir, lakin ərazidə təhlükəsizliyi təmin edən heç bir xəbərdarlıq nişanı quraşdırılmayıb. 

Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyətindən "ARB Xəbər"ə bildirilib ki, qeyd olunan ünvanda yerində baxış keçirilib. Təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi və yolun bağlı saxlanılmasının təmin edilməsi məqsədilə aidiyyəti qurumlara müraciətlər ünvanlanıb.

Fövqəladə Hallar Nazirliyindən isə qeyd olunub ki, hazırda həmin şosedə müvafiq araşdırma işləri aparılır.

Bakıda sürücülərə təhlükə yaradan beton maneələr - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları