SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
“PAŞA Holdinq” həyat sığortası biznesinin xeyirini görəcək

“PAŞA Holdinq” həyat sığortası biznesinin xeyirini görəcək

  • 24 aprel 2026, 11:29

"PAŞA Həyat Sığorta" ASC mayın 25-də, saat 15:00-da səhmdarlarının növbədənkənar ümumi yığıncağını çağırıb.

Yurd.Media xəbər verir ki, şirkət bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetində elan verib.

Elanda deyilir ki, yığıncaq Cəmiyyətin yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, M.Useynov prospekti, 61 ünvanında olacaq. Yığıncaqda dividend ödənişi və digər məsələlər müzakirə ediləcək.

"PAŞA Həyat Sığorta" 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 40,25 milyon manatdır.

Şirkətin səhmləri 100 % daxil olduğu "PAŞA Holdinq" MMC-yə məxsusdur.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları