Lənkəranda avtomobil hasara çırpılıb.
Yurd.Media-nın məlumatına görə hadisə köhnə Ələt-Astara magistralının Lənkəran şəhərində, "Ləvəngi dairəsi" adlanan ərazidə baş verib.
İdarəetmədən çıxan "Mercedes" markalı avtomobil Xalça fabrikinin hasarına çırpılması nəticədə qəzaya uğrayan maşında yanğın baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin xilasediciləri, Lənkəran Dövlət Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvəsi cəlb olunub.
Yanan avtomobil söndürüldükdən sonra xilasedicilər tərəfindən deformasiyaya üğramış avtomobildən 1 nəfərin meyiti və iki nəfər yaralı halda çıxarılıb.
Zərərçəkənlər Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.