SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Binəqədi şosesində bir xətt sürücülərin yolunu uzadıb

Binəqədi şosesində bir xətt sürücülərin yolunu uzadıb

Bakı

Paytaxtın Binəqədi rayonunda yol nişanlanmasının dəyişdirilməsi sürücülər üçün əlavə çətinlik yaradıb.

Yurd.Media-nın redaksiyasına daxil olan şikayətə görə, Binəqədi şosesində yolun bir tərəfində qırıq-qırıq, digər tərəfində isə bütöv xətt çəkilib. Nəticədə sürücülər əvvəlki kimi sağa və sola dönə bilmirlər.

Əvvəllər işıqforun tənzimləməsi ilə mümkün olan dönmə əməliyyatları indi məhdudlaşdırıldığından sürücülər istədikləri istiqamətə hərəkət etmək üçün xeyli əlavə məsafə qət etməli olurlar. Bu isə həm vaxt itkisinə, həm də əlavə yanacaq sərfiyyatına səbəb olur.

Skat.az - Ev və Avtomobil elanları