Bakının Nizami rayonunda beş qadın zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
Yurd.Media "Qaynarinfo"ya istinadən xəbər verir ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə rayon ərazisindən çağırış daxil olub.
Hadisə yerinə üç təcili tibbi yardım briqadası göndərilib. Zəhərlənmə şübhəsi olan beş qadın Sabunçu Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Məhəmmədi modul tipli xəstəxanaya aparılıb.
Onlara zəruri tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən qadınlar ambulator müalicə üçün evə buraxılıblar.
Qeyd edək ki, hadisə "Qızıl Qaya" restoranında baş verib.