Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində yeni yaradılan strukturda süni intellekt mütəxəssisi vəzifəsinə təyinat baş tutub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Zöhrab Rzazadə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Süni İntellektin İnkişafı bölməsində baş məsləhətçi vəzifəsinə təyin olunub.
O, bundan əvvəl 2025-ci ilin iyunundan 2026-cı ilin oktyabrınadək nazirliyin Rəqəmsal İnkişaf və İnnovasiyalar departamentində baş məsləhətçi vəzifəsində çalışıb.
O, 2023-cü ilin oktyabrından 2025-ci ilin iyun ayınadək Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində baş məsləhətçi, 2020-ci ilin yanvarından 2023-cü ilin oktyabrınadək məsləhətçi, 2019-cu ilin mayından 2020-ci ilin yanvarınadək isə baş mütəxəssis vəzifələrini tutub.
Zöhrab Rzazadə 2025-ci ilin may ayından etibarən sərbəst fəaliyyət çərçivəsində süni intellekt üzrə rəhbər şəxslər üçün təlimlər keçir və məsləhət xidmətləri göstərir. Bu fəaliyyət çərçivəsində dövlət sektorunun rəhbər şəxsləri üçün süni intellektin qərarvermədə tətbiqi və onunla bağlı risklər mövzusunda təlimlər təşkil edir.
Zöhrab Rzazadə