SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Prezident: Azərbaycan-Əlcəzair münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

Prezident: Azərbaycan-Əlcəzair münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

  • 01 noyabr 2026, 13:41

Azərbaycan Prezidenti İlham Əliyev əlcəzairli həmkarı Abdelmacid Tebbuna bu ölkənin 1 Noyabr – İnqilab Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

Yurd.Media məktubu təqdim edir:

"Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

1 Noyabr – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu tarixi gün Əlcəzair xalqının azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin, sarsılmaz iradəsinin, böyük qəhrəmanlığının və milli birliyinin əbədi rəmzidir.

Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur.

İnanıram ki, qardaş xalqlarımızın maraqlarına uyğun olaraq əlaqələrimizin daha da genişləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın bundan sonra da inkişaf etdirilməsi üçün birgə səylər göstərəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Əlcəzair xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Skat.az - Ev və Avtomobil elanları