SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
SOCAR-da rəis müavininin vəzifəsi dəyişdi

SOCAR-da rəis müavininin vəzifəsi dəyişdi

  • 31 oktyabr 2026, 14:48

SOCAR-da rəis müavininin vəzifəsində dəyişiklik baş verib.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Röyal İbadlı SOCAR-da əməliyyat səmərəliliyinin təhlili və optimallaşdırılması bölməsinin böyük iqtisadçısı vəzifəsinə təyin olunub.

O, bundan əvvəl, 2026-cı ilin mayından oktyabr ayınadək SOCAR-ın Nəqliyyat İdarəsinin iqtisadi təhlil və proqnozlaşdırma bölməsinin rəis müavini vəzifəsində çalışıb.

O, 2022-ci ilin sentyabrından 2026-cı ilin mayınadək həmin idarədə maliyyə analitiki, 2022-ci ilin iyulundan sentyabr ayınadək böyük iqtisadçı, 2021-ci ilin mayından 2022-ci ilin iyulunadək böyük mühasib, 2019-cu ilin noyabrından 2021-ci ilin mayınadək isə iqtisadçı vəzifələrini tutub.

Röyal İbadlı əmək fəaliyyətinə başlamazdan əvvəl, 2019-cu ilin avqustundan oktyabr ayınadək SOCAR-ın Neft və Qaz Tikinti Trestində təcrübə keçib.

Röyal İbadlıRöyal İbadlı

Skat.az - Ev və Avtomobil elanları