SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Vüsal Nəsirli müğənninin qardaşının vəzifəsini dəyişdi

Vüsal Nəsirli müğənninin qardaşının vəzifəsini dəyişdi

  • 29 oktyabr 2026, 16:32

Bu ilin may ayında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) işə başlayan Kamran Kərimbəyovun vəzifəsi dəyişdirilib.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, bununla bağlı Agentlik sədri Vüsal Nəsirli müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Kamran Kərimbəyov Media monitorinqi və təhlili departamentinin rəhbəri vəzifəsindən azad edilib.

Digər əmrlə o, Hesabatlılıq və Analitika şöbəsinin rəhbəri vəzifəsinə təyin olunub. 

Qeyd edək ki, Kamran Kərimbəyov müğənni Nərmin Kərimbəyovanın qardaşıdır.

Nərmin Kərimbəyova və Kamran KərimbəyovNərmin Kərimbəyova və Kamran Kərimbəyov

Skat.az - Ev və Avtomobil elanları