SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi — nəqliyyat (Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla), o cümlədən dəniz nəqliyyatı və mülki aviasiya, rabitə (telekommunikasiya və poçt), yüksək texnologiyalar (informasiya texnologiyaları, mikroelektronika, nano, bio və digər innovativ elmtutumlu texnologiyalar) sahəsində dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı.

Tarixi
Azərbaycanda ilk telefon xətti 1880-ci ilin dekabr ayında "Qafqaz və Merkuri" Paroxod Cəmiyyəti tərəfindən inşa edilib. Xətt cəmiyyətin "Naberejnaya" küçəsində yerləşən baş kontoru ilə Bakı limanında yerləşən "Kaspi" neft cəmiyyətinin kontorunu birləşdirib. 1881-ci ilin yanvar ayında "Nobel qardaşları cəmiyyəti" telefon çəkilişinə icazə almaq məqsədilə Bakı qubernatoru general-leytenant Pozenə müraciət edib və fevralın 18-də icazə verilib. Həmin ilin noyabr ayının 23-də Azərbaycanda uzunluğu 6 km olan və "Nobel qardaşları cəmiyyəti"nin baş kontoru ilə sədr və baş mühəndisin evlərini birləşdirən ilk telefon xətti istismara verilib. Rəsmi olaraq bu xətt Azərbaycanda ilk telefon xətti hesab olunur və telefon rabitəsinin yaradılması həmin ilə təsadüf edir.

Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən 1918-ci ildə Poçt və Teleqraf Nazirliyi yaradılıb. İlk rabitə nazirləri Xudadat bəy Məlik-Aslanov, Ağa Aşurov və Camo bəy Hacınski olmuşdur.

1920-ci il aprelin 28-də Azərbaycanda Sovet Hakimiyyəti qurulduqdan sonra Poçt və Teleqraf komissarlığı yaradılıb. Azərbaycan Rabitəsi SSRİ Rabitə Nazirliyinin Azərbaycan üzrə daimi nümayəndəsi tərəfindən idarə olunub. 1955-ci ildə etibarən Azərbaycan SSR Rabitə Nazirliyi yaradılıb.

Prezident İlham Əliyevin 2004-cü il fevralın 20-də imzalanmış Sərəncamı ilə Rabitə Nazirliyi ləğv edilərək onun əsasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yaradılıb.

Azərbaycan Respublikası Prezidentinin 7 mart 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi əsasında Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılıb.

Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2017-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birləşdirilərək, onların əsasında Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılıb.

Azərbaycan Respublikası Prezidentinin 11 oktyabr 2021-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adlandırılmışdır.

Struktur
Nazirliyin struktur bölmələri
Nəqliyyat siyasəti şöbəsi
Nəqliyyat sahəsinin tənzimlənməsi şöbəsi
Texnoloji inkişaf şöbəsi
Strateji təhlil, innovasiya və rəqəmsallaşma şöbəsi
Maliyyə şöbəsi
Beynəlxalq əməkdaşlıq şöbəsi
İnsan resurslarının idarə edilməsi şöbəsi
Daxili nəzarət və audit şöbəsi
Hüquq şöbəsi
Sənədlərlə və müraciətlərlə iş şöbəsi
Layihələrin idarə edilməsi şöbəsi
Nazirliyin strukturuna daxil olan qurumlar
Dövlət Mülki Aviasiya Agentliyi
Elektron Təhlükəsizlik Xidməti
Nazirliyin tabeliyində olan qurumlar
"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi" publik hüquqi şəxs
"Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)" publik hüquqi şəxs
"Dövlət Dəniz və Liman Agentliyi" publik hüquqi şəxs
"İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi" publik hüquqi şəxs
"İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi" publik hüquqi şəxs
"Azərpoçt" MMC
"AzInTelecom" MMC
"Aztelekom" MMC
"Bakı Taksi Xidməti" MMC
"Bakı Telefon Rabitəsi" MMC
Dövlət Radiotezliklər İdarəsi
"Hərbiləşdirilmiş Mühafizə İdarəsi" MMC
"İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi" MMC
"Radio-Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyi
Layihələr
74-cü Beynəlxalq Astronavtika Konqresi
"Technest" Təqaüd Proqramı
"BakıKart" mobil tətbiqi
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi
Onlayn Azərbaycan
"Caucasus Ventures"
SİMA
Maliyyə xidmətlərinin inkişafı layihəsi
Tvinninq
İşğaldan azad edilmiş ərazilərdə sərnişindaşıma fəaliyyətinin bərpası
"Rəqəmsal Azərbaycana doğru"
"Relokasiya" proqramı
"Technest" təqaüd proqramı
"Technest" təqaüd proqramı, milli bir təqaüd proqramı olaraq İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) sahəsində təlim və hazırlıq imkanları təmin edir. Bu proqramın əsas məqsədi, ölkədə İKT sahəsində kadrların inkişafına dəstək vermək və əmək bazarının İKT sahəsindəki kadr ehtiyaclarını qarşılamaqdır. Proqram çərçivəsində 2021–2022-ci tədris ilində 600-dən çox və 2022–2023-cü tədris ilində isə 3000-dən çox şəxs təqaüd alıb. "Technest" təqaüd proqramı, İKT sahəsində mütəxəssislərin hazırlanması üçün ölkənin öndə gələn tədris mərkəzləri ilə əməkdaşlıq edir və ən tələbatlı İKT kurslarına qəbul üçün müsabiqələr təşkil edir. Bu müsabiqələr bir neçə mərhələdən ibarətdir, əlavə olaraq, yalnız bütün mərhələlərdə uğur qazanmış namizədlər və 18 yaşdan yuxarı Azərbaycan vətəndaşları bu təqaüddən faydalanmaq hüququna malikdir.

Tvinninq
2022-ci il oktyabrın 7-də Azərbaycanda yol hərəkətinin təhlükəsizliyini artırmaq məqsədilə "Azərbaycanda yol hərəkətinin təhlükəsizliyinin gücləndirilməsi" Tvinninq layihəsi başladı. Bu layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir və doğrudan-benefisiarı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir. Daxili İşlər Nazirliyi, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi və digər müvafiq qurumların da layihədə iştirak etməsi nəzərdə tutulur. Layihənin tərəfdaşları Avropa İttifaqının Polşadakı Nəqliyyat Layihələri Mərkəzi və Litva Nəqliyyat Təhlükəsizliyi İdarəsidir. Bu layihə 2018-ci ilin 27 dekabr tarixli 852 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı"na əsasən həyata keçirilir.

Hökumət buludu
3 iyun 2019-cu ildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "Hökumət buludunun (G-cloud) yaradılması və bulud xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında" fərman imzalanıb. İnfrastrukturun yaradılmasında əsas məqsədlər dövlət orqanlarının informasiya sistemlərinin istismarı, infrastrukturun qurulması və standartların formalaşdırılması, tədbirlərinin əlaqələndirilməsi, dövlət idarəçiliyində informasiya sistemlərinin yaradılması və saxlanılması xərclərinin azaldılması, dövlət orqanları üçün mərkəzləşdirilmiş, təhlükəsiz və dayanıqlı infrastruktur yaradılmasıdır.

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi 28 mart 2023-cü ildə "PAŞA Holding" Şirkətlər Qrupunun dəstəyi ilə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və İsrailin "Texnion" İnstitutu tərəfindən təsis edilmişdir. Açılışda Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, İsrailin keçmiş xarici işlər naziri, "Texnion"un səfiri Qabi Aşkenazi, "Texnion" İnstitutunun icraçı vitse-prezidenti və baş direktoru Boaz Qolani, İsrail səfirliyinin nümayəndələri və digər qurumların rəsmiləri iştirak etmişdir.[20] Burada 2026-cı ilə qədər 1000-ə yaxın şəxsə kibertəhlükəsizlik təlimləri keçirilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda, mərkəzdə 15 təlimçinin yetişdirilməsi sayəsində Azərbaycanda kibertəhlükəsizlik sahəsində mütəxəssislərin hazırlanması prosesinin gücləndirilməsi planlaşdırılmışdır.

Mərkəzdə müasir texnologiya və avadanlıqlarla təchiz olunmuş sinif otaqları, təlim otaqları, simulyasiya otaqları və laboratoriyalar mövcuddur.

Mərkəzdə təlimlər üçün qeydiyyat prosesinə 2022-ci ilin avqust ayında başlanılmışdır. İştirak üçün 18 yaşdan yuxarı və ingilis dili biliklərinə malik olmaq tələb olunur. İkinci qeydiyyat prosesi 2023-cü ilin mayında başlamışdır. Müəssisə açılan mövsüm orada dərslərə start verilmişdir. 2000 nəfərin müraciət etdiyi seçimlərdə imtahan və müsahibə mərhələlərindən uğurla keçən 60 nəfər dərslərə cəlb olunmuşdur. Mərkəzdə İsraildən olan müəllim heyəti təlim keçirlər. Təlimlər 6 ay müddətində saat 09:00-dan 18:00-a qədər davam edir. Azərbaycanda kibertəhlükəsizlik sahəsində olan kadr çatışmazlığının aradan qaldırılması məqsədilə layihə müddətində təlimlər ixtisaslaşmış kadr hazırlığı, məlumatlandırma təlimləri, yüksəkvəzifəli kibertəhlükəsizlik mütəxəssislərinin ixtisas artırması təlimləri, kibertəhlükəsizlik məhsullarının araşdırılması və məhsul hazırlığı istiqamətlərində aparılır. Təlimi uğurla bitirənlərə "Texnion" Universitetinin rəsmi sertifikatı verilir. Təlimlərdə 3 növ mütəxəssislərin hazırlanması planlaşdırılmışdır: "Red Team", "Blue Team", "SOC Team". Hər birində 20 nəfər olmaqla hücum, müdafiə və analitiklərdən ibarət komandalar tədris müddətində simulyasiyalarda iştirak edərək bacarıqlarını inkişaf etdirirlər.

"Relokasiya" proqramı
2022-ci ildən etibarən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin "Relokasiya" proqramı fəaliyyətə başlamışdır. Bu layihə agentliyin yerli ekosistem mühitinin inkişaf startegiyalarına əsasən ərsəyə gəlmişdir. "Relokasiya" proqramı Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərə relokasiyanın təşkili, sənədləşmə prosesinin aparılması, şirkət əməkdaşlarının yerləşməsi, iş mühitinin təmin olunması, yaşayış və iş icazəsinin alınması prosesi, biznes strukturunun və vençur kapitalı sənayesinin nümayəndələri ilə əməkdaşlığın təmin edilməsi, hüquqi, maliyyə, bank hesabları açılması məsələlərində dəstək təmin edir və gün ərzində fəaliyyət göstərir.

Onlayn Azərbaycan layihəsi

Layihənin loqosu.
2020-ci illərin əvvəllərindən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən Azərbaycanın ən ucqar yaşayış nöqtələrində də əhali və təşkilatlar üçün yüksəksürətli internetə çıxış, həmçinin istifadəni asanlaşdıran innovativ həllər təqdim edərək insanların rifahını yaxşılaşdırmaq məqsədilə "Onlayn Azərbaycan" layihəsi həyata keçirilmişdir. Dövlət-özəl tərəfdaşlıq modelinə əsaslanan layihənin icraçıları "Aztelekom" MMC, "Bakı Telefon Rabitəsi" MMC, "Azeronline LTD", "Smart Systems Tecnology" və "MegaLink" şirkətləridir. "Onlayn Azərbaycan" layihəsi müddətində mövcud ADSL avadanlığının müasir IMS platforması ilə işləyən GPON avadanlıqla əvəz edilməsi, köhnə mis magistral kabel infrastrukturunun optik kabellərlə əvəzlənməsi və optik paylayıcı şəbəkənin qurulması həyata keçirilir. Layihə çərçivəsində 2024-cü ilin sonunadək ölkə ərazisində bütün ev təsərrüfatlarının sözügedən GPON və digər genişzolaqlı texnologiyalar vasitəsilə minimum sürəti 25 MB/s olan genişzolaqlı internetlə təmin edilməsi, yüksəksürətli internetdən istifadənin genişləndirilməsi və sabit genişzolaqlı internet abunəçilərinin faizinin artırılması planlaşdırılır.

Rəqəmsal Azərbaycana doğru
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi 24 noyabr 2022-ci il tarixindən "Rəqəmsal Azərbaycana doğru" layihəsinə start vermişdir. Bu layihə regionlarda rəqəmsal savadlılığın artırılması, İKT üzrə bilik və bacarıqların inkişaf etdirilməsi, regionun İKT sahəsində mövcud potensialının ölçülməsi, daimi monitorinqə əsasən tədbirlərin görülməsi və inkişafa dəstək göstərilməsi məqsədilə həyata keçirilir. Regional layihə çərçivəsində Azərbaycanın 60-dan çox şəhər və rayonlarında İKT üzrə maraq və təcrübəyə sahib, bu sahədə çalışan, tədris alan və karyera hədəfləyən region sakinləri ilə maarifləndirici, məlumatlandırıcı təlimlərin, eyni zamanda icra orqanları, müvafiq təşkilat və qurumlarla ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulmuşdur. Layihənin prioritetlərindən biri İKT sahəsində mütəxəssislərin yetişdirilməsi və onların öz bölgələrində işlə təmin olunmasını təşkil etməkdir. Bu məqsədlə regionlara səfərlər zamanı "Technest" Təqaüd Proqramı çərçivəsində mentorlar və ölkənin qabaqcıl tədris mərkəzləri tərəfindən gələcəyin innovativ peşələrinin tanıdılması istiqamətində təlimlər keçirilir. İştirakçılar tədris mərkəzləri tərəfindən yerindəcə imtahan olunaraq təqaüd proqramına cəlb olunur.

Layihə çərçivəsində keçirilən ilk görüş Mingəçevir şəhərində baş tutmuş, 20 nəfər həmin gün təşkil olunmuş sınaq imtahanlarından uğurla keçərək təqaüd qazanmışdır. Burada keçirilən rəsmi görüşlər çərçivəsində şəhər icra hakimiyyətinin başçısı və Mingəçevir Dövlət Universitetinin tələbə-müəllim heyəti ilə diskussiyalar aparılmışdır. Şəhərdə İKT sahəsi üzrə yaradılan innovativ infrastrukturlardan məqsədyönlü şəkildə istifadə imkanları, həmçinin 3700 tələbənin təhsil aldığı Mingəçevir Dövlət Universitetində İnkişaf və Tədqiqat Laboratoriyalarının yaradılması istiqamətində təkliflər müzakirə olunmuşdur.

Səfər edilən digər rayonlar arasında Ağcabədi, Ağdaş, Ağsu, Beyləqan, Bərdə, İmişli, İsmayıllı, Lerik, Neftçala, Şamaxı, Yevlax, Zaqatala və başqa rayonlar, həmçinin Naxçıvan şəhəri var.

Azərbaycan Tanzaniyaya peyk telekommunikasiya xidmətləri satdı
İqtisadiyyat
29.09.2026 18:59
Azərbaycan Tanzaniyaya peyk telekommunikasiya xidmətləri satdı
Sürücülərin diqqətinə: Bakının mərkəzində yeni hərəkət qaydası -
Bakı
28.09.2026 22:31
Sürücülərin diqqətinə: Bakının mərkəzində yeni hərəkət qaydası -
Nazir onu özünə müşavir təyin etdi
Ölkə
25.09.2026 14:05
Nazir onu özünə müşavir təyin etdi
İRİA-nın Data İdarəetməsi departamentinə yeni direktor təyin olundu
Ölkə
19.09.2026 22:20
İRİA-nın Data İdarəetməsi departamentinə yeni direktor təyin olundu
Keçmiş taksi şirkəti rəhbəri aqrar qurumda vəzifəyə TƏYİN OLUNDU
Kənd təsərrüfatı
14.09.2026 21:49
Keçmiş taksi şirkəti rəhbəri aqrar qurumda vəzifəyə TƏYİN OLUNDU
Paytaxtda tıxacın həll olunması üçün daha bir layihə - VİDEO
Ölkə
04.09.2026 22:26
Paytaxtda tıxacın həll olunması üçün daha bir layihə - VİDEO
AYNA: 8 ayda şəhərlərarası marşrutlarla 2 milyon sərnişin daşınıb
İqtisadiyyat
03.09.2026 15:26
AYNA: 8 ayda şəhərlərarası marşrutlarla 2 milyon sərnişin daşınıb
Avtobusların hərəkətində YENİ QAYDA – xidmətə əməl etməyən daşıyıcı cəzalandırılacaq
İnfrastruktur
02.09.2026 18:08
Avtobusların hərəkətində YENİ QAYDA – xidmətə əməl etməyən daşıyıcı cəzalandırılacaq
Elektron poçtla gələn təhlükə - MKA-dan ÇAĞIRIŞ
Kriminal
28.08.2026 21:06
Elektron poçtla gələn təhlükə - MKA-dan ÇAĞIRIŞ
MKA-da üç rəhbər vəzifəyə yeni şəxslər təyin edildi - FOTO
Ölkə
27.08.2026 17:12
MKA-da üç rəhbər vəzifəyə yeni şəxslər təyin edildi - FOTO
DİQQƏT: Saxta ödəniş səhifələri yaradılıb
Kriminal
24.08.2026 17:47
DİQQƏT: Saxta ödəniş səhifələri yaradılıb
Azərbaycan turizminin 5 illik inkişaf strategiyası təsdiqləndi
Turizm
20.08.2026 18:21
Azərbaycan turizminin 5 illik inkişaf strategiyası təsdiqləndi
Gürcüstanla sərhəddə minlərlə maşın qalıb
Ölkə
18.08.2026 18:22
Gürcüstanla sərhəddə minlərlə maşın qalıb
Naxçıvanda tikinti-quruculuq və yenilənmə işləri üçün 258 milyon manat ayrıldı
Naxçıvan
12.08.2026 12:08
Naxçıvanda tikinti-quruculuq və yenilənmə işləri üçün 258 milyon manat ayrıldı
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə 5 ay vaxt verildi - FƏRMAN
Ölkə
05.08.2026 16:08
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə 5 ay vaxt verildi - FƏRMAN
Müdafiə Nazirliyinin əməkdaşlarına kibertəhlükəsizlik üzrə peşəkar kurslar təşkil edilir
Ölkə
09.07.2026 17:58
Müdafiə Nazirliyinin əməkdaşlarına kibertəhlükəsizlik üzrə peşəkar kurslar təşkil edilir
İsveç Azərbaycandan peyk telekommunikasiya xidmətlərinin idxalını dayandırıb
İqtisadiyyat
01.07.2026 15:16
İsveç Azərbaycandan peyk telekommunikasiya xidmətlərinin idxalını dayandırıb
“Azərpoçt” bankomatlarının sayını açıqlayıb
Ölkə
30.06.2026 17:08
“Azərpoçt” bankomatlarının sayını açıqlayıb
Mərkəzi Bank ötən il 22 bazar iştirakçısını cərimələyib
Maliyyə
19.06.2026 10:35
Mərkəzi Bank ötən il 22 bazar iştirakçısını cərimələyib
Taksi sürücülərinin qeydiyyatdan keçməsində YENİLİK
Bakı
18.06.2026 14:36
Taksi sürücülərinin qeydiyyatdan keçməsində YENİLİK
Azərbaycanda Google Gemini geriləyir, ChatGPT mövqeyini gücləndirir - ARAŞDIRMA
Ölkə
07.06.2026 11:28
Azərbaycanda "Google Gemini" geriləyir, "ChatGPT" mövqeyini gücləndirir - ARAŞDIRMA
AYNA-da yeni direktor TƏYİNATI
Ölkə
06.06.2026 23:09
AYNA-da yeni direktor TƏYİNATI
Kibertəhlükəsizlik üzrə yeni dövlət qurumu yaradılır
Ölkə
02.06.2026 17:43
Kibertəhlükəsizlik üzrə yeni dövlət qurumu yaradılır
Gəncədən Qəbələyə avtobus marşrutunu həyata keçirəcək şəxs seçilib
Gəncə
01.06.2026 21:17
Gəncədən Qəbələyə avtobus marşrutunu həyata keçirəcək şəxs seçilib
Bakıda bu xətti üzrə bütün avtobuslar yeniləndi
Bakı
31.05.2026 15:01
Bakıda bu xətti üzrə bütün avtobuslar yeniləndi
“OpenAI” Azərbaycanda məktəblilərə fərdi öyrənmə dəstəyi göstərəcək
Təhsil
29.05.2026 21:26
“OpenAI” Azərbaycanda məktəblilərə fərdi öyrənmə dəstəyi göstərəcək
Zakir Nuriyev Rabitəbankdakı pulunu çəkir
Maliyyə
27.05.2026 19:09
Zakir Nuriyev "Rabitəbank"dakı pulunu çəkir