SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
MKA-da üç rəhbər vəzifəyə yeni şəxslər təyin edildi - FOTO

MKA-da üç rəhbər vəzifəyə yeni şəxslər təyin edildi - FOTO

  • 27 avqust 2026, 17:12

Milli Kibertəhlükəsizlik Agentliyində idarəetmə strukturunda dəyişiklik edilib, müxtəlif istiqamətlərə cavabdeh üç rəhbər vəzifə yeni şəxslərə həvalə olunub.

Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində Milli Kibertəhlükəsizlik Agentliyində (MKA) yeni kadr təyinatları olub.

Bununla bağlı Agentliyin İdarə Heyətinin sədri Fərid Zeynalov müvafiq əmrlər imzalayıb.

Belə ki, Cəfərov Ceyhun Allahşükür oğlu Kiber əməliyyatları departamentinin direktoru, Əliyev Nizami Mərdan oğlu İnformasiya Texnologiyaları və infrastruktur təhlükəsizliyi departamentinin direktoru və Fərzəliyev Sahil Yaqub oğlu isə İnformasiya texnologiyaları və infrastruktur təhlükəsizliyi departamentinin İnfrastruktur təhlükəsizliyi şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, bundan əvvəl C.Cəfərov ABB-də, N.Əliyev “Azerikard”da, S.Fərzəliyev isə “Azərsilah” Müdafiə Sənayesi Holdinqində rəhbər vəzifəsində çalışıblar.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları