SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Nəzrin Manaflı ASCO-da yeni vəzifəyə təyin olunub

Nəzrin Manaflı ASCO-da yeni vəzifəyə təyin olunub

  • 01 noyabr 2026, 20:15

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) yeni təyinat baş tutub.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Nəzrin Manaflı ASCO-da təlim və inkişaf üzrə koordinator vəzifəsinə təyin olunub.

O, bu təyinatadək “Azərpoçt” MMC-də Layihə Portfelinin İdarə Edilməsi Ofisinin rəhbəri vəzifəsini icra edib. O, 2025-ci ilin oktyabrından bu vəzifəni tutub.

Bundan əvvəl, 2022-ci ilin sentyabrından 2026-cı ilin fevralınadək “Azərpoçt”da baş layihə meneceri kimi fəaliyyət göstərib. Bu müddətdə informasiya texnologiyaları, maliyyə və logistika sahələrində mürəkkəb layihələrin idarə olunmasında iştirak edib, müxtəlif struktur bölmələri ilə əməkdaşlıq edib və çevik idarəetmə metodologiyalarının tətbiqinə rəhbərlik edib.

Nəzrin Manaflı 2020-ci ilin aprelindən 2022-ci ilin sentyabrınadək “Azərpoçt”da biznesin inkişafı üzrə koordinator, 2019-cu ilin fevralından 2020-ci ilin aprelinədək isə maliyyə xidmətləri üzrə mütəxəssis vəzifəsində çalışıb.

Nəzrin ManaflıNəzrin Manaflı

Skat.az - Ev və Avtomobil elanları