SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Azərbaycanda professor vəfat etdi - FOTO

Azərbaycanda professor vəfat etdi - FOTO

  • 01 noyabr 2026, 20:57

Kimya elmləri doktoru, professor Müslüm Qurbanov dünyasını dəyişib.

Yurd.Media "Qaynarinfo"ya istinadən xəbər verir ki, alim ürək tutması nəticəsində vəfat edib. Bu barədə onun yaxınları məlumat veriblər.

Müslüm Qurbanov 1952-ci il martın 14-də Biləsuvar rayonunun Təzəkənd kəndində anadan olub. Ağalıkənd kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) ali təhsil alıb.

O, 2013-cü ildə “Nüvə kimyası” ixtisası üzrə professor elmi adını qazanıb. Alimin rəhbərliyi ilə 8 nəfər fəlsəfə doktoru, 2 nəfər isə elmlər doktoru elmi dərəcəsi alıb.

Müslüm Qurbanov nüvə kimyası sahəsində çoxsaylı monoqrafiya, kitab və elmi əsərlərin müəllifi olub.

Allah rəhmət eləsin!

Skat.az - Ev və Avtomobil elanları