Oktyabrın 17-də, saat 11.00-da “Azərkəndtikinti” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
Yurd.Media xəbər verir ki, səhmdar cəmiyyəti bununla bağlı rəsmi mətbuatda elan verib.
Elanda deyilir ki, yığıncaq Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, 44 ünvanında olacaq. Səhmdarlar Cəmiyyətin Müşahidə Şurasının üzvlərinin və sədrinin dəyişdirilməsini, eləcə də digər məsələləri müzakirə edəcək.