SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Bakıda qanunsuz ağac kəsən tikinti şirkətinin maliyyə göstəriciləri pisləşib

Bakıda qanunsuz ağac kəsən tikinti şirkətinin maliyyə göstəriciləri pisləşib

  • 12 avqust 2026, 16:13

2025-ci ilin fevral ayında Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində qanunsuz ağac kəsməsi ilə gündəmə gəlmiş “Mərmər İnşaat” ASC həmin ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.

Yurd.Media xəbər verir ki, şirkət ötən il 5,7 milyon manat xalis mənfəət əldə edib. Bu, əvvəlki illə müqayisədə 41,8% azdır.

Bu ilin əvvəlinə “Mərmər İnşaat”ın aktivləri ötən ilin əvvəlinə nisbətən 9,3% az – 57,5 milyon manat təşkil edib.

Şirkətin öhdəlikləri 37,8 milyon manat (14,7% az), balans kapitalı isə 19,7 milyon manat (3,2% çox), o cümlədən nizamnamə kapitalı 1,6 milyon manat (dəyişməyib) olub.

"Mərmər İnşaat" 2017-ci ildən fəaliyyət göstərir, səhmləri 100 % Hürzat Axundovaya məxsusdur.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları