SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Bakının daha bir ərazisində binalar plana düşür - VİDEO

Bakının daha bir ərazisində binalar plana düşür - VİDEO

  • 30 avqust 2026, 08:54

Bakıda daha bir ünvanda binaların plana düşərək söküləcəyi bildirilir.

Yurd.Media xəbər verir ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsinin sakinləri deyirlər ki, müxtəlif vaxtlarda söküntü ilə bağlı onlarla danışıqlar aparılıb.

Sakinlər bildirirlər ki, dəfələrlə müxtəlif şəxslər tərəfindən əraziyə baxış keçirilsə də, binaların sökülüb-sökülməyəcəyi ilə bağlı onlara hələ də konkret məlumat verilməyib. Onların sözlərinə görə, həmin binalar 1949-1950-ci illərdə inşa edilib:

Onları narahat edən əsas məsələlərdən biri də söküntü baş verəcəyi təqdirdə onlara ödəniləcək kompensasiyanın məbləğidir. Onların sözlərinə görə, ilkin mərhələdə təklif olunan məbləğ mənzillərin real dəyərinə uyğun deyil və bu şərtlərlə razılaşmırlar:

Binəqədi Rayon İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə bildirilib ki, sözügedən ərazi üzrə müvafiq investisiya təklifləri daxil olduğu və investorlar tərəfindən maraq göstərildiyi təqdirdə məsələyə baxıla bilər. Hazırda isə həmin ərazidə dövlət layihəsi çərçivəsində söküntü işlərinin aparılması nəzərdə tutulmur.

Bakının daha bir ərazisində binalar plana düşür - VİDEO
Skat.az - Ev və Avtomobil elanları