Bakının Binəqədi rayonunda qəza baş verdi.
Yurd.Media xəbər verir ki, hadisə saat 22:20 radələrində Binəqədi rayonu Binəqədi-Novxanı yolunda olub.
Belə ki, "BYD" markalı avtomobil Binəqədi-Balaxanı yolundan üzü şəhərə tərəf gələrkən, işıqforun qırmızı işığından keçərək, Binəqədi-Novxanı yolunda işıqforun yaşıl işığı yanan zaman hərəkətə başlayan "BYD" markalı maşınla toqquşub.
Əraziyə polis əməkdaşları cəlb olunub.
Hadisə nəticəsində xəsarət alan yoxdur.
