SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Azərbaycanda Vyetnam kapitallı 7 şirkət var imiş

Azərbaycanda Vyetnam kapitallı 7 şirkət var imiş

  • 16 oktyabr 2026, 14:57

Hazırda Azərbaycanda Vyetnam kapitallı 7 şirkət fəaliyyət göstərir.

Bu barədə Yurd.Media-ya Energetika Nazirliyindən bildirilib.

Məlumata görə, bu barədə nazir Pərviz Şahbazovun Vyetnamın sənaye və ticarət nazirinin müavini Fan Thi Thanqla keçirdiyi görüşdə məlumat verilib.

Görüşdə həmçinin qeyd edilib ki, 2025-ci ildə Azərbaycan üzərindən Vyetnamla əlaqəli tranzit daşımaları 2024-cü illə müqayisədə 3 dəfədən çox , 2026-cı ilin yanvar-sentyabr aylarında isə 1 il əvvələ nisbətən 7 dəfə artıb.

Bundan başqa, ticari-iqtisadi əlaqələrin ölkələrin potensialına uyğun genişləndirilməsi, ticarətin şaxələndirilməsi, qarşılıqlı investisiyaların təşviqi istiqamətində birgə fəaliyyətin əhəmiyyəti vurğulanıb.

Qeyri-neft məhsulları üzrə ticarətin artırılması, investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında saziş layihəsinin yekunlaşdırılması, eləcə də Azərbaycan-Vyetnam İşgüzar Şurasının növbəti iclasının keçirilməsi məsələlərinə baxılıb.

Skat.az - Ev və Avtomobil elanları