SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt

Energetika Nazirliyi

Azərbaycan Respublikası Energetika Nazirliyi— yanacaq-energetika kompleksində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Tarixi
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 aprel tarixli 458 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Yanacaq və Energetika Nazirliyi yaradılmış, Nazirliyin vəzifə, funksiya və hüquqları Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 6 sentyabr tarixli 575 nömrəli Fərmanı ilə təsdiq olunmuş Əsasnaməsində müəyyən olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 6 dekabr tarixli 150 saylı Fərmanı ilə Azərbaycan Respublikası Yanacaq və Energetika Nazirliyi ləğv edilərək Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi yaradılmışdır. Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Əsasnaməsi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 15 may 404 saylı Fərmanı ilə təsdiq edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 22 oktyabr tarixli 3 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin əsasında Azərbaycan Respublikasının Energetika Nazirliyi yaradılmışdır.

Vəzifələri
enerji resurslarından səmərəli istifadə (texnoloji itkilərin və sərfin azaldılması, qənaətli və daha çox fayda ilə istifadə) ilə bağlı tədbirlərin həyata keçirilməsini və bu sahədə dövlət maraqlarının qorunmasını təmin edir;
ayrı ayrı enerjidaşıyıcılarının istehsalının və istehlakının proqnoz göstəricilərini hazırlamaq, onları aidiyyəti icra hakimiyyəti orqanlarına təqdim etmək və bu sahədə həyata keçirilən tədbirlərdə iştirak etmək;
müvafiq sahədə əməkdaşlığa dair beynəlxalq müqavilələrin hazırlanmasında iştrak etmək, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək və bu sahədə görülən işləri əlaqələndirmək;
aidiyyəti icra hakimyyəti orqanları ilə birlikdə əhalinin və iqtisadiyyatın sənaye məhsullarına və enerjidaşıyıcılarına olan təlabatının daha dolğun ödənilməsini təmin etmək üçün zəruri tədbirlər həyata keçirmək;
Azərbaycan Respublikasının yanacaq-enerji balansına tərtib etmək və aidiyyəti icra hakimyyəti orqanları ilə birlikdə onun yerinə yetirilməsi üçün tədbirlər görmək;
dövlət müəssisələri və səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan müəssisələr üzrə enerji daşıyıcılarının istehlak limitlərinin müəyyən olunmasını iştirak etmək;
müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrində və səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan müəssisələrdə dövlətin maraqlarını təmsil etmək və qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada onların fəaliyyətinə nəzarət etmək;
müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrində və səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan müəssisələrdə hər il üçün yanacaq-enerji resuslarının istifadəsi, itkiləri və texnoloji sərfi normalarını təsdiq etmək və icrasına nəzarəti həyata keçirmək;
enerji resurslarının istehsalı (hasilatı), ötürülməsi (nəqli), paylanması və istehlakı sahəsində texnoloji itkilərin və sərfin azaldılmasına yönələn tədbirlərin hazırlanmasını və həyata keçirilməsini təmin etmək;
Azərbaycan Respublikasının enerji təhlükəsizliyinin təmin edilməsi tədbirlərinin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
aidiyyəti icra hakimiyyəti orqanları ilə birlikdə enerjiyə qənaət və ekoloji təhlükəsizliyin təmin edilməsi sahəsində tədbirlər hazırlamaq, enerjidən istifadənin səmərəliliyinin artırılması üzrə işlərin əlaqələndirilməsini həyata keçirmək;
aidiyyəti icra hakimiyyəti orqanları ilə birlikdə təbii ehtiyatlardan, o cümlədən enerji resuslarından səmərəli istifadə mexanizminin hazırlanmasını və həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;
sənaye və yanacaq-energetika kompleksinin strukturunun təkmilləşdirilməsinə dair aidiyyəti icra hakimiyyəti orqanları ilə birlikdə tədbirlər hazırlamaq və qanunvericiliyə uyğun olaraq həyata keçirmək;
Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq karbohidrogen ehtiyatlarının hasılatın pay bölgüsü və ya digər şərtlərə uyğun olaraq işlənməsi barədə sazişlərin layihələrini hazırlamaq, bu sazişlər üzrə danışıqlar aparmaq, onları müəyyən olunmuş qaydada imzalamaq, bağlanmış sazişlərin həyata keçirilməsinə nəzarət etmək;

Tabeliyindəki qurumlar
Enerji Məsələlərini Tənzimləmə Agentliyi
Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi

Laçında SES 90 milyon kVt/saata qədər elektrik enerjisi istehsal edib
Laçın
14.02.2026 12:03
Laçında SES 90 milyon kVt/saata qədər elektrik enerjisi istehsal edib
Azərbaycandan kadrların biliklərinin qiymətləndirilməsi üçün yeni sistem tətbiq olunacaq
Ölkə
12.02.2026 23:01
Azərbaycandan kadrların biliklərinin qiymətləndirilməsi üçün yeni sistem tətbiq olunacaq
İlham Şaban: “Energetika Nazirliyi ilə BP-nin sözü üst-üstə düşmür”
İqtisadiyyat
12.02.2026 13:54
İlham Şaban: “Energetika Nazirliyi ilə BP-nin sözü üst-üstə düşmür”
Ukraynaya daha iki TIR elektrik təchizatı yardımı göndərildi
Sumqayıt
27.01.2026 17:26
Ukraynaya daha iki TIR elektrik təchizatı yardımı göndərildi
Azərbaycandan Ukraynaya 1 milyon dollarlıq humanitar yardım
Ölkə
20.01.2026 17:47
Azərbaycandan Ukraynaya 1 milyon dollarlıq humanitar yardım
“Yaşıl Dəhliz Birliyi” qeydiyyatdan keçib, baş direktor təyin edilib
İqtisadiyyat
18.11.2025 14:12
“Yaşıl Dəhliz Birliyi” qeydiyyatdan keçib, baş direktor təyin edilib
Belqradda Zəfər Günü təntənə ilə qeyd olundu
Yurddan uzaq
07.11.2025 21:02
Belqradda Zəfər Günü təntənə ilə qeyd olundu
Kəlbəcərdə ən hündür külək elektrik stansiyasının təməli qoyulub
Kəlbəcər
04.10.2025 12:24
Kəlbəcərdə ən hündür külək elektrik stansiyasının təməli qoyulub
Biləsuvarda yeni elektrik stansiyası AÇILDI
Ölkə
02.10.2025 15:41
Biləsuvarda yeni elektrik stansiyası AÇILDI
Deputat: Enerji effektivliyi layihəsi vətəndaşların büdcəsinə qənaəti nəzərdə tutur
Sosial
25.09.2025 11:02
Deputat: "Enerji effektivliyi layihəsi vətəndaşların büdcəsinə qənaəti nəzərdə tutur"
Azərbaycandan Ukraynaya növbəti humanitar yardım yola salınır
Ölkə
13.08.2025 14:39
Azərbaycandan Ukraynaya növbəti humanitar yardım yola salınır
Qazın qiymətini müəyyənləşdirən qurum dəyişəcək
Ölkə
10.06.2025 16:14
Qazın qiymətini müəyyənləşdirən qurum dəyişəcək
“Baku Energy Forum”u öz işinə başlayıb
İqtisadiyyat
03.06.2025 09:15
“Baku Energy Forum”u öz işinə başlayıb
Cəbrayılda Şəfəq GES-in tikintisi üzrə son qərarın verilməsinə hazırlıq gedir
Cəbrayıl
19.05.2025 16:20
Cəbrayılda "Şəfəq" GES-in tikintisi üzrə son qərarın verilməsinə hazırlıq gedir
Oxçuçay üzərində inşa edilmiş SES-lərin istehsal etdiyi enerji həcmi açıqlandı
Zəngilan
18.05.2025 10:43
Oxçuçay üzərində inşa edilmiş SES-lərin istehsal etdiyi enerji həcmi açıqlandı
Azərbaycan ilə Çin arasında energetika sahəsində bir sıra sənədlər imzalanıb
Ölkə
22.04.2025 19:24
Azərbaycan ilə Çin arasında energetika sahəsində bir sıra sənədlər imzalanıb