SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
“Yaşıl Dəhliz Birliyi” qeydiyyatdan keçib, baş direktor təyin edilib

“Yaşıl Dəhliz Birliyi” qeydiyyatdan keçib, baş direktor təyin edilib

  • 18 noyabr 2025, 14:12

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Yaşıl Dəhliz Birliyi” MMC-ni dövlət qeydiyyatına alıb.

Yurd.Media xəbər verir ki, yeni şirkətin təsisçiləri "Azərenerji", "Qazaxıstan Elektrik Şəbəkəsi Əməliyyat Şirkəti" və "Özbəkistanın Milli Elektrik Şəbəkələri" şirkətləridir.

Onun hüququ ünvanı Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 96, qanuni təmsilçisi isə Fərhad Rauf oğlu Məmmədovdur.

Qeyd edək ki, Energetika Nazirliyində “Yaşıl Dəhliz Birliyi” MMC-nin iştirakçıları olan “AzərEnerji” ASC, “Qazaxıstan Elektrik Şəbəkəsi Əməliyyat Şirkəti” və “Özbəkistanın Milli Elektrik Şəbəkələri” ASC nümayəndələrinin ümumi yığıncağı keçirilib.

Energetika nazirinin müavini Orxan Zeynalov “Azərbaycan-Mərkəzi Asiya Yaşıl Enerji Dəhlizi” layihəsinin əhəmiyyətini vurğulayıb, bu layihənin ölkələr arasında əməkdaşlığı yeni bir səviyyəyə çıxardığını qeyd edib. Bu çərçivədə “Yaşıl Dəhliz Birliyi” MMC-nin uğurlu fəaliyyətinin xüsusi önəm kəsb etdiyi bildirilib.

Yığıncaq zamanı iştirakçılar Tural Əliyevin “Yaşıl Dəhliz Birliyi” MMC-nin yeni baş direktoru təyin edilməsi və şirkətin nizamnamə kapitalının artırılması barədə razılığa gəliblər. Bununla yanaşı, texniki-iqtisadi əsaslandırmanın həyata keçirilməsi üçün məsləhətçi şirkətin cəlb edilməsi və digər təşkilati məsələlər ətrafında müzakirələr aparılıb.

Prime Leasing
SPE Annual Caspian