SÜJET

Bank Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Kiberdələduzluq
Deputat: Enerji effektivliyi layihəsi vətəndaşların büdcəsinə qənaəti nəzərdə tutur

Deputat: "Enerji effektivliyi layihəsi vətəndaşların büdcəsinə qənaəti nəzərdə tutur"

Enerji effektivliyi layihəsi vətəndaşların büdcəsinə qənaəti nəzərdə tutur.

Bunu Yurd.Media-ya Milli Məclisin Təbii ehtiyyatlar energetika və ekologiya komitəsinin üzvü Rövşən Muradov binaların məcburi pasportlaşmasına dair yeni qanun layihəsi ilə bağlı bildirib.

Onun sözlərinə görə, dəyişiklik enerji effektivliyinin artırılması üçün "Enerji Resurslarından Səmərəli İstifadə və Enerji Effektivliyi Haqqında Qanun"da əksini tapacaq:

"Sözügedən dəyişiklik Prezident İlham Əliyevin təşəbbüsüdür və tapşırığın icrasında Energetika Nazirliyinin mühüm rolu var".

Deputat qeyd edib ki, dünya əhalisi artıqca təbii resursların istehlakı çoxalır, kütləvi istehlak isə öz növbəsində ekoloji böhrana aparır.

Onun sözlərinə görə məcburi pasportlaşma enerji resurslarından səmərəli istifadəni nəzərdə tutur:

"Layihə binaların kommunal xətləri üzərində qurulacaq. Bu da yalnız yeni tikilən və əsaslı təmir aparılan binalarda mümkün olacaq".   

Deputat Rövşən MuradovDeputat Rövşən Muradov

R.Muradov vurğulayıb ki, enerjiyə qənaət və karbon qazının emissiyasının azaldılması ilə nəticələnəcək layihə vətəndaşların sağlam həyat sürmə və həyat keyfiyyətinin yaxşılaşdırılması üçün atılan mühüm addımdır:

"Layihənin hazırlanmasında mütəxəssislərimiz Böyük Britaniyada və Türkiyə təcrübəsindən istifadə ediblər".

O deyib ki, köhnə binalarda bir kvadrat metr yaşayış sahəsini qızdırmaq üçün bir ildə 250 kilovat-saat enerji sərf olunur:

"Məcburi pasportlaşmadan sonra bu istehlak iki dəfə aşağı düşəcək.  Bununla da qanunda nəzərdə tutulmayan binalarda yaşayan sakinlər də yeni kommunal xidmətdən yaralanmaq istəyəcəklər".

Onun sözlərinə görə iqtisadi cəhətdən üstünlük həm də ondan ibarətdir ki, məcburi pasportlaşdırılan ərazilərin sahəsi böyüdükcə çəkilən xərclər azalır.

Prime Leasing