SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Azərbaycandan kadrların biliklərinin qiymətləndirilməsi üçün yeni sistem tətbiq olunacaq

Azərbaycandan kadrların biliklərinin qiymətləndirilməsi üçün yeni sistem tətbiq olunacaq

  • 12 fevral 2026, 23:01

Azərbaycandan informasiya təhlükəsizliyi sahəsində çalışan kadrların biliklərinin qiymətləndirilməsi üzrə yeni sistem yaradılıb.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən Yurd.Media bildirilib ki, qurum informasiya təhlükəsizliyi sahəsində çalışan insan resurslarının inkişafı, peşəkar bilik və bacarıqların ölçülə bilən meyarlar əsasında qiymətləndirilməsi, habelə sahə üzrə institusional biliklərin sistemli şəkildə idarə olunması məqsədilə İnsan Resurslarının İntellektual Qiymətləndirmə Sistemini tətbiq edib.

Yeni Sistem dövlət qurumlarında informasiya təhlükəsizliyi və texnologiyaları istiqamətində fəaliyyət göstərən əməkdaşlarının peşəkar hazırlıq və bilik səviyyələrinin, peşə səriştələrinin və funksional bacarıqlarının müasir qiymətləndirmə alətləri vasitəsilə yoxlanılaraq qiymətləndirilməsini təmin edir. Qiymətləndirmə nəticələrinə əsasən sözügedən mütəxəssislərin müvafiq səriştə səviyyələrinin yüksəldilməsi üçün uyğun təlimlər keçirilərək nəticələrini əks etdirən sertifikatların təqdim olunması nəzərdə tutulur. Bu yanaşma sahə üzrə peşəkar standartların vahid platforma üzərindən formalaşdırılmasına və insan resurslarının keyfiyyət göstəricilərinin institusional səviyyədə ölçülməsinə xidmət edir.

Sistem qiymətləndirmə mexanizmlərinin vahid standartlar əsasında tənzimlənməsini, proseslərdə şəffaflığın və hesabatlılığın artırılmasını, eləcə də insan resurslarının idarə olunmasında rəqəmsal və analitik yanaşmanın tətbiqini təmin edən kompleks platforma kimi fəaliyyət göstərir.

Bu çərçivədə, Sistem vasitəsilə aparılan qiymətləndirmə nəticələrinə əsasən, dövlət qurumlarında müvafiq sahə üzrə fəaliyyət göstərən mütəxəssislərinin nəzəri və praktiki bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə XRİTDX tərəfindən hədəfli təlim proqramlarının təşkili həyata keçirilir.

Sistem vasitəsilə ilkin mərhələdə Energetika Nazirliyi və Strateji Obyektlərinin Mühafizəsi Dövlət Agentliyinin müraciətlərinə əsasən həmin dövlət qurumlarının informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən əməkdaşlarının sahə üzrə bilik və bacarıq səviyyələri qiymətləndirilib. Sözügedən qurumlarının sahə üzrə çalışan əməkdaşları üçün ikihəftəlik təlim proqramlarına başlanılıb. Təlimlər Bakı Ali Neft Məktəbində yeni istifadəyə verilmiş "İnformasiya Təhlükəsizliyi Testləri" laboratoriyasında həyata keçirilir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları