SÜJET
Azərbaycandan Ukraynaya elektrik avadanlıqlarından ibarət humanitar yardım göndəriləcək.
Yurd.Media xəbər verir ki, Ukrayna üçün nəzərdə tutulan humanitar yardım Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınacaq.
Qeyd edilir ki, Azərbaycan Prezidenti İlham Əliyevin 11 avqust 2025-ci il tarixli Sərəncamına əsasən, bu məqsədlə iki milyon ABŞ dollarının manat ekvivalentində vəsait ayrılıb.
Bu vəsait çərçivəsində göndərilən ilkin humanitar yardım yükünə elektrik kabelləri, naqillər və transformatorlar daxildir.
Yolasalma mərasimində Energetika Nazirliyinin təmsilçiləri və Ukraynanın Azərbaycandakı səfirliyinin nümayəndələri iştirak edirlər.