SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Oxçuçay üzərində inşa edilmiş SES-lərin istehsal etdiyi enerji həcmi açıqlandı

Oxçuçay üzərində inşa edilmiş SES-lərin istehsal etdiyi enerji həcmi açıqlandı

  • 18 may 2025, 10:43
Zəngilan

“Zəngilan” və “Şayıflı” su elektrik stansiyalarında istehsal olunan enerji həcmi açıqlanıb.

Yurd.Media xəbər verir ki, bu barədə Energetika Nazirliyindən bildirilib.

Məlumata görə, 2024-cü il mayın 18-də Zəngilan rayonunda Oxçuçay üzərində inşa edilmiş “Zəngilan” və “Şayıflı” kiçik su elektrik stansiyaları istismara verilib.

“Zəngilan” KSES ümumi gücü 10,5 MVt olmaqla, hər biri 5,25 MVt gücündə olan 2 ədəd hidroaqreqatdan, “Şayıflı” KSES ümumi gücü 10,5 MVt olmaqla hər biri 5,25 MVt gücündə olan 2 ədəd hidroaqreqatdan ibarətdir.

Fəaliyyətə başladığı dövrdən bu ilin may ayınadək “Zəngilan” KSES-də 25,1 mln. kVt·st, “Şayıflı” KSES-də isə 29,8 mln. kVt·st istehsal olunub.

Prime Leasing