SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Azərbaycan və Ermənistan enerji infrastrukturunu əlaqələndirir

Azərbaycan və Ermənistan enerji infrastrukturunu əlaqələndirir

  • 25 avqust 2026, 17:08
Laçın

Azərbaycan və Ermənistan enerji infrastrukturlarının dövlət sərhədində əlaqələndirilməsini müzakirə edib.

Nazirlər Kabinetindən Yurd.Media-ya bildirilib ki, Laçın şəhərində Azərbaycanın Energetika Nazirliyinin və "Azərenerji" ASC-nin, Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin və "Elektrik Enerjisi Sisteminin Operatoru" şirkətinin nümayəndələrinin işgüzar görüşü keçirilib.

Görüşdə tərəflər iki ölkə arasında elektrik enerjisinin idxalı və ixracı imkanlarını, eləcə də bu məqsədlə iki ölkənin enerji infrastrukturlarının dövlət sərhədində əlaqələndirilməsinin mümkün variantlarını müzakirə ediblər.

Skat.az - Ev və Avtomobil elanları