SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Laçında SES 90 milyon kVt/saata qədər elektrik enerjisi istehsal edib

Laçında SES 90 milyon kVt/saata qədər elektrik enerjisi istehsal edib

  • 14 fevral 2026, 12:03
Laçın

İşğaldan azad edilmiş Laçın rayonunda Həkəri çayının üzərində yerləşən "Güləbird" kiçik su elektrik stansiyasında (SES) istismara verildiyi tarixdən bu ilin fevralın 1-dək 87,7 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.

Energetika Nazirliyindən Yurd.Media-ya bildirilib ki, "Güləbird" SES 5 il əvvəl fevralın 14-ü yenidən bərpa olunaraq istifadəyə verilib. Basqılı derivasiya tipli stansiyanın ümumi gücü 8 MVt-dır.

Qeyd edilib ki, kiçik su elektrik stansiyalarında ekoloji cəhətdən təmiz elektrik enerjisi istehsal olunur və ətraf mühitə istixana effekti yaradan qazlar atılmır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları