Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 447,4 min ton ət istehsal olunub.
Bu barədə Yurd.Media-ya Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3% çoxdur.
9 ay ərzində Azərbaycanda 11 905,7 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib. Bu, 1 il əvvələ nisbətən 1,1% çoxdur.