Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft-qaz sənayesində 16 558 milyon manat dəyərində məhsul istehsal olunub.
Bu barədə Yurd.Media-ya Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,4% çoxdur.
9 ayda sektorun ümumi sənaye istehsalında payı 32,35% təşkil edib.