Bu ilin I yarısında Azərbaycan Türkiyə iqtisadiyyatına 603,8 milyon ABŞ dolları birbaşa investisiya qoyub.
Bu barədə Yurd.Media-ya Azərbaycan Mərkəzi Bankından bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 dəfə çoxdur.
Bununla belə, son 1 ildə Türkiyəyə yatırımların ümumi yatırımlarda payı 13,1%-dən 12,1%- düşüb.
Yanvar-iyun aylarında Türkiyənin Azərbaycan iqtisadiyyatına birbaşa investisiya qoyuluşu isə 1 il əvvələ nisbətən 43,6% çox – 902,7 milyon dollar təşkil edib.
İl ərzində Türkiyədən yatırımların ümumi yatırımlarda payı isə 19,5%-dən 24,6%-ə çatıb.