Bu ilin yanvar-avqust aylarında İpoteka və Kredit Zəmanət Fondu (İKZF) müvəkkil banklarına 7,8 milyon manat borclu qalıb.
Bu barədə Yurd.Media-ya Azərbaycan Mərkəzi Bankından məlumat verilib.
Bildirilir ki, 8 ayda müvəkkil banklar 262,9 milyon manat kredit verib. Bunun isə 255,1 milyon manatlıq hissəsi yenidən maliyyələşdirilib.