"SOCAR Upstream Operations Management" Məhdud Məsuliyyətli Cəmiyyətdə yeni təyinat baş verib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Əli Qandaxov İnsan resursları üzrə biznes tərəfdaşlığı şöbəsinin müdiri təyin edilib.
O, bundan əvvəl "Azneft" İstehsalat Birliyində İnsan resursları üzrə biznes tərəfdaşlığı şöbəsinin müdir müavini vəzifəsində çalışıb. Ümumilikdə isə 2018-ci ildən SOCAR-da işləyir.
Qeyd edək ki, Ə. Qandaxov daha əvvəllər "Veyseloglu" Şirkətlər qrupunda, "Azersun Holdinq"də insan resursları sahəsində fəaliyyət göstərib.