2027-ci ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 1 909 milyon manatının və yaxud 4,9%-nin aksiz vergisi üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır.
Bu barədə Yurd.Media-ya Maliyyə Nazirliyindən bildirilib.
Məlumata görə, bu, 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 5% çoxdur.
Aksiz vergisi üzrə daxilolmaların 1 669 milyon manatını və yaxud 87,4%-ni İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, 240 milyon manatını və yaxud 12,6%-ni isə Dövlət Gömrük Komitəsi təmin edəcək.
Bunlar isə 2026-cı ilin təsdiq olunmuş proqnozuna nisbətən müvafiq olaraq 5,4% və 2,6% çoxdur.
Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 39 234 milyon manat, xərclərinin isə 42 400 milyon manat olacağı gözlənilir.