SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Yol vergisi üzrə proqnoz 7%-ə yaxın azaldılır

Yol vergisi üzrə proqnoz 7%-ə yaxın azaldılır

  • 28 sentyabr 2026, 11:33

2027-ci ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 368 milyon manatının və yaxud 0,9%-nin yol vergisi üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır.

Bu barədə Yurd.Media-ya Maliyyə Nazirliyindən bildirilib.

Məlumata görə, bu, 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 6,7% azdır.

Yol vergisi üzrə daxilolmaların 307 milyon manatını və yaxud 87,4%-ni İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, 61 milyon manatını və yaxud 12,6%-ni isə Dövlət Gömrük Komitəsi təmin edəcək.

Bunlar isə 2026-cı ilin təsdiq olunmuş proqnozuna nisbətən müvafiq olaraq 8,2% az və 1,7% çoxdur.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 39 234 milyon manat, xərclərinin isə 42 400 milyon manat olacağı gözlənilir.

Skat.az - Ev və Avtomobil elanları