SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Azərbaycana Rusiyadan pul köçürmələrində KƏSKİN ARTIM

Azərbaycana Rusiyadan pul köçürmələrində KƏSKİN ARTIM

  • 28 sentyabr 2026, 15:02

Bu ilin I yarısında Azərbaycana Rusiyadan 356,65 milyon ABŞ dolları pul köçürülüb.

Bu barədə Yurd.Media-ya Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 67,4% çoxdur.

Hesabat dövründə Rusiyadan köçürmələrin ölkəyə daxil olan pul baratlarında payı 39,9%-dən 47,7%-ə yüksəlib.

Yanvar-iyun aylarında Azərbaycandan Rusiyaya isə 1 il əvvələ nisbətən 9,9% az – 19,9 milyon dollar pul köçürülüb.

Bununla belə, il ərzində Rusiyaya köçürmələrin ölkədən xaric olan pul baratlarında payı isə 9,3%-dən 9,6%-ə çatıb.

Skat.az - Ev və Avtomobil elanları