2027-ci ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 420 milyon manatının və yaxud 1,1%-nin dövlət rüsumu üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır.
Bu barədə Yurd.Media-ya Maliyyə Nazirliyindən bildirilib.
Məlumata görə, bu, 2026-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 16% çoxdur.
Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 39 234 milyon manat, xərclərinin isə 42 400 milyon manat olacağı gözlənilir.