SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Coca-Cola Azərbaycan rəhbəri Rəna Məmmədovadan yeni direktor təyinatı - FOTO

"Coca-Cola Azərbaycan" rəhbəri Rəna Məmmədovadan yeni direktor təyinatı - FOTO

  • 01 oktyabr 2026, 14:48

"Azərbaycan Coca-Cola Bottlers"də rəhbər vəzifəyə yeni təyinat olub.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, “Azerbaijan Coca-Cola Bottlers” MMC-nin baş direktoru Rəna Məmmədova əmr imzalayıb.

Belə ki, Ahmet Akgür şirkətdə Təchizat zəncirinin direktoru təyin olunub.

O, 2012-ci ildən yeni təyinatadək "Coca-Cola Türkiyə"də çalışıb. 

Xatırladaq ki, “Coca-Cola” məhsullarını 200-dən çox ölkədə satan qlobal içki şirkətidir. Şirkət Azərbaycandakı fəaliyyətinə 1994-cü ildə Türkiyənin beynəlxalq içki istehsalı şirkəti olan “Coca-Cola İçecek”in tərkib hissəsi olaraq “Azerbaijan Coca-Cola Bottlers”ın yaradılması ilə başlayıb və o vaxtdan bəri “Coca-Cola”, “Fanta”, “Sprite”, “Bonaqua”, “Cappy” və “Fuse Tea” kimi məşhur içki markalarının istehsalı və satışı ilə məşğuldur.

Ötən il şirkətin İsmayıllıda yeni istehsal müəssisəsinin açılışı olub. İsmayıllı rayonunun Topçu kəndində yerləşən bu müəssisə 15 hektar ərazidə inşa edilib və illik 165 milyon litr istehsal gücündədir.

Skat.az - Ev və Avtomobil elanları