SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Hesabatların auditini aparmayan şirkət cərimələndi

Hesabatların auditini aparmayan şirkət cərimələndi

  • 01 noyabr 2026, 11:23

“YUSİF-UM” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) cərimə olunub. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, “YUSİF-UM” MMC tərəfindən 2024-cü il üzrə maliyyə hesabatlarının 2025-ci ildə auditi aparılmayıb. 

Buna görə də MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə protokol tərtib edilib. 

Nəsimi Rayon Məhkəməsinin qərarı ilə MMC 1500 manat cərimə edilib.

Qeyd edək ki, 2022-ci ildən fəaliyyət göstərən “YUSİF-UM” şirkətinin direktoru Ümid Mustafayevdir.

Skat.az - Ev və Avtomobil elanları