SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Məhkəmə 700 min manat borcu olan AZR-R Constructionı CƏRİMƏLƏDİ

Məhkəmə 700 min manat borcu olan "AZR-R Construction"ı CƏRİMƏLƏDİ

  • 03 noyabr 2026, 13:56

“AZR-R Construction” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) cərimə olunub. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, MMC tərəfindən 2024-cü il üzrə maliyyə hesabatlarının 2025-ci ildə auditi aparılmayıb. 

Buna görə də Maliyyət Nazirliyi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə protokol tərtib olunub. 

Binəqədi Rayon Məhkəməsinin qərarı ilə MMC 1500 manat məbləğində cərimə olunub.

Qeyd edək ki, 2023-cü ilin iyul ayında təsis olunan “AZR-R Construction” MMC tikinti- inşaat işlərini həyata keçirməklə bərabər, tikinti-sənaye materiallarının idxalı ilə məşğul olur. Direktoru Şahin Əliyev olan şirkətin hazırda dövlətə 699 min manat vergi borcu var.

Skat.az - Ev və Avtomobil elanları